Qubada tələbələr üçün “Mühəndislik düşərgəsi” təşkil ediləcək

Qubada tələbələr üçün “Mühəndislik düşərgəsi” təşkil ediləcək Təhsil İnstitutu Quba rayonunda martın 22-26-da tələbələr üçün “Mühəndislik düşərgəsi” təşkil edəcək.
Düşərgədə müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək, komanda işləri aparacaq və tələbələrlə birlikdə mühəndislik keysləri əsasında praktik tapşırıqları həll edəcəklər.
Spikerlər tələbələrə maraqlı olan mövzular - layihələrin idarə olunması, kommersiyalaşma, mühəndisliklə bağlı qlobal trendlər, yeni texnologiyalar, dizayn təfəkkürü, səmərəli istehsalın təşkili və planlaşdırılması, proseslərin təhlükəsizliyi, mühəndislik əsaslı startaplar və digər istiqamətlərdə seminarlar keçəcəklər.
Düşərgə tələbələrə hazırda dünyada mühəndislik sahəsində aparılan təcrübələr, mühəndislikdə idarəetmə və karyera inkişafı ilə bağlı səriştələrə yiyələnmək üçün gözəl imkan olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər