Söhbət diametri 1,8 km olan 7335 (1989 JA) obyektindən gedir.
NASA asteroidi potensial təhlükəli kateqoriyasına aid etsə də, onun planetimiz üçün təhlükə yaratması ehtimalı çox azdır. Belə ki, obyekt təxminən 4 milyon km məsafədə uçur. Bu, Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur.
Asteroid Yerə ən çox mayın 27-i yaxınlaşacaq. NASA-nın məlumatına görə, o, bu il planetimizin yanından keçən ən böyük asteroid olacaq.
Tehsil-press.az