Dörd gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən ibarət komandalar mübarizə aparıb. MDU-nu təmsil edən mini futbol komandası yarışın qalibi olub.
Qalib komanda üzvlərinin mükafatlandırılması mərasimində çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərin idmana, sağlam həyat tərzinə olan marağını yüksək qiymətləndirib, qalib komandanın üzvlərini qələbə münasibətilə təbrik edib.
Sonra qalib komandaların üzvlərinə diplom və kuboklar təqdim olunub.
Tehsil-press.az