
Tədbir Mingəçevir gənclərinin böyük marağına səbəb olub. Təsdiq və inkar mövqelerdə yarışan komanda üzvləri mövzu ətrafında geniş araşdırmalar apararaq öz mövqelerini faktlarla təqdim ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, ölkədə aparılan gənclər siyasətindən, gəncələrə göstərilən diqqət və qayğıdan danışdı və mövzunun Xocalı Faciəsinə həsr olunmasının önəminə toxunub.
Daha sonra çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışaraq, bundan sonra isə Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildirib.
Daha sonra çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə şou debatda iştirak edən gəncləri təbrik edərək, gənclərin bu tipli mövzular ətrafında araşdırmalar və müzakirələr aparmasını, eyni cümlədən həqiqətlərin ictimaiyyətə çatdırılmasından bəhs edib.
Qeyd edək ki, sözü gedən “Mingəçevir Gənclərinin Natiqlik Forumu” 10 Dekabr 2018 – 10 Mart 2019-cu il tarixlərini əhatə edir.
Sahib A. Gülməmmədov
İctimaiyyətlə əlaqələr üzrə menecer
İctimaiyyətlə əlaqələr üzrə menecer