.jpg)
Oğlanlar və qızlar arasında badminton, stolüstü tennis, şahmat, komandalar arasında isə voleybol, basketbol və futbol yarışlarının qalibləri mükafatlandırılıb.
BDU-nun rektoru Elçin Babayev, fakültə dekanları və digər rəsmi şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Qeyd edək ki, futbol yarışlarında universitetin 16 fakültəsi təmsil olunub və birinci yerin qalibi Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin komandası olub.
Ekologiya və torpaqşünaslıq fakültəsinin komandası ikinci, Geologiya və Coğrafiya fakültələrinin tələbələri isə ücünçü yeri tutublar.Voleybol yarışlarında birinci yeri Beynəlxalq münasibətlər və iqtisadiyyat, ikinci yeri Ekologiya və torpaqşünaslıq, ücüncü yeri isə Kimya fakültəsinin komandaları tutublar.
Bosketbol yarışlarında Kimya fakültəsi birinci, Coğrafiya fakültəsi ikinci, Tarix fakültəsi isə üçüncü yeri bölüşüblər.
BDU-nun Mətbuat Xidməti