Nyu-York ştatında silah satışını sərtləşdirən qanunvericilik paketi imzalanıb

Nyu-York ştatında silah satışını sərtləşdirən qanunvericilik paketi imzalanıb Nyu-York qubernatoru Keti Hokul son bir neçə həftə ərzində kütləvi insan tələfatı ilə nəticələnən atışmalardan sonra ştatın silah satışı ilə bağlı qaydaları sərtləşdirən qanunvericilik paketini imzalayıb.
Paketdə odlu silah alqı-satqısindakı boşluqların aradan qaldırılmasına dair məsələlər öz əksini tapıb.
"Silah zorakılığı ölkəmizi parçalayan bir epidemiyadır. Nyu-Yorkda biz öz ştatımızın sakinlərini qorumaq üçün cəsarətli addımlar atırıq”, - deyə K. Hokul bildirib.
Paketə daxil edilən digər bir qanun layihəsi də silah almaq istəyən şəxslərin ən azı 21 yaşında olmasını tələb edir.

Tehsil-press.az


Oxşar xəbərlər