İran Səudiyyənin neft yataqlarını hədəf almağa başladı

İran Səudiyyənin neft yataqlarını hədəf almağa başladı Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri “Şeyba” neft yatağına zərbə endirməyə çalışan PUA-nı zərərsizləşdirib.

Məlumatı Qətərin "Əl-Cəzirə" televiziya kanalı yayıb. Məlumata görə, Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinin Rub əl-Xali səhrası üzərində “Şeyba” neft yatağına doğru gedən pilotsuz təyyarəni məhv etdiyini təsdiqləyib. Bu açıqlama, İrandan Şahzadə Sultan Hava Bazasına atılan ballistik raketin məhv edilməsindən, eləcə də Ər-Riyada iki dron hücumunun qarşısının alınmasından bir neçə saat sonra verilib.

Tehsil-press.az

Oxşar xəbərlər