Rusiyadan müharibəyə gözlənilməz müdaxilə

Rusiyadan müharibəyə gözlənilməz müdaxilə Rusiya Yaxın Şərqdə gərginliyin azaldılması məqsədilə BMT Təhlükəsizlik Şurasına təqdim olunmaq üçün yeni qətnamə layihəsi hazırlayıb.

Layihədə bölgədə dərhal atəşkəsin təmin edilməsi və bütün tərəflərin hərbi əməliyyatları dayandırması təklif olunur.

Sənəddə qeyd edilib ki, münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün tərəflər gərginliyi artıracaq addımlardan çəkinməlidir.

Qətnamə layihəsində mülki şəxslərə və mülki infrastruktur obyektlərinə qarşı hücumlar qınanılır və onların qorunmasının vacibliyi vurğulanır.

Bundan əlavə, sənəddə bütün tərəflərin beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa uyğun hərəkət etməsinin zəruri olduğu qeyd olunur.

Qətnamə layihəsinin yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər