Xəzər Universitetinin əməkdaşları Middlesex Universitetində

Xəzər Universitetinin əməkdaşları Middlesex Universitetində “British Council” tərəfindən maliyyələşdirilən “Creative spark” ali təhsil müəssisəsi proqramı çərçivəsində Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri Lyudmila Sotova və İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva İngiltərənin Middlesex Universitetində olublar.
Səfər zamanı Xəzər Universitetinin əməkdaşları texnologiya transferi, innovasiya ekosistemi və innovasiyaların idarə edilməsi ilə bağlı səmərəli müzakirələr aparıblar. Onlar, həmçinin “Erasmus+ Interba” - Tədqiqat Yolu ilə Müəssisə və Davamlı Rifahın Dəstəklənməsi layihəsi çərçivəsində müxtəlif universitetlərin nümayəndələri ilə əməkdaşlıq qurmaq imkanı əldə ediblər. İşçi heyətin nümayəndələri universitetdə Elm və texnologiya fakültəsinin laboratoriyaları, Kitabxana və UniHelp xidmətləri, idman obyektləri ilə də tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər