
Həmçinin cari tədris ilindən bütün məktəblərdə “STEAM” modulunun tətbiqi, 35 məktəbdə “Sürücülük” modulu və 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq edilib.
İlk və texniki peşə təhsil səviyyələri ilə yanaşı, 4 regionda fəaliyyət göstərən 6 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisə başlanılıb. Belə ki, yüksək texniki peşə təhsili səviyyəsi üzrə 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 820 nəfər tələbə adını qazanıb.
2021-2022-ci tədris ilində 1200 tələbə tutumu olan Bərdə Peşə Liseyi istifadəyə verilib. Liseyin 4 mərtəbəli tədris binası, 2 ədəd hər biri 192 yerlik yataqxanası, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qarajı və digər köməkçi binaları var.
Tehsil-press.az