Doktorantura və dissertanturaya xarici dildən qəbul imtahanını yenidən vermək istəyənlərin nəzərinə

Doktorantura və dissertanturaya xarici dildən qəbul imtahanını yenidən vermək istəyənlərin nəzərinə Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və iyunun 13-16-da qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 7-də imtahan keçiriləcək.
İmtahandan bir neçə gün əvvəl DİM-in saytında imtahana buraxılış vərəqəsi yerləşdiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər