AMEA-nın magistraturasında yay imtahan sessiyası və magistrlik dissertasiyalarının müdafiəsi başa çatıb

AMEA-nın magistraturasında yay imtahan sessiyası və magistrlik dissertasiyalarının müdafiəsi başa çatıb AMEA-nın magistraturasında yay imtahan sessiyası bu gün yekunlaşıb.
AMEA-nın 19 elmi müəssisəsində I kursda təhsil alan 108 magistrant ixtisas, ümumi və seçmə fənlərdən imtahan verərək sessiyanı müvəffəqiyyətlə başa vurublar. Həmçinin 2022-ci ilin iyunun 10-dan 30-dək AMEA-nın 14 elmi müəssisəsində II kursda təhsil alan 53 magistrant öz dissertasiya işlərini müdafiə edib. Onlardan 33 nəfəri oxuduqları müddət ərzində təhsillərini yüksək göstəricilərlə başa vuraraq fərqlənmə diplomuna layiq görülüblər.

Tehsil-press.az


Oxşar xəbərlər