
Hazırda ADMİU ölkəmizi Assosiasiyada təmsil edən ilk və yeganə universitetdir.
Qeyd edək ki, “Cumulus” 1990-cı ildə Finlandiyanın Aalto Universitetinin incəsənət, dizayn və memarlıq məktəbi və London Kral İncəsənət Kolleci tərəfindən Danimarka dizayn məktəbi, “Gerrit Rietveld” Akademiyası, Duisburq-Essen Universiteti və Vyana Tətbiqi İncəsənət Universiteti ilə əməkdaşlıqda təsis edilib. Şəbəkə Avropa İttifaqının Erasmus proqramı çərçivəsində məktəblər, tələbə və müəllim mübadiləsi arasında əməkdaşlığı koordinasiya etmək üçün yaradılıb. Şəbəkə 2001-ci ildə “Cumulus” Assosiasiyası adını alıb. Hazırda 66 ölkədən 350–dən çox üzvü var.
Təşkilata üzv olmaq beynəlxalq həmkarları ilə güclü əlaqələrin qurulması, beynəlmiləlləşmə və qarşılıqlı öyrənmə öhdəliyini bölüşən həmfikir insanlarla görüşlər, müəyyən sahələrdə tərəfdaşların axtarışı və şəbəkələşmənin asanlaşdırılması, “Cumulus” proqramlarının strateji istiqamətlərində bilavasitə iştirak etmək və ona təsir etmək, professor-müəllim heyətinin, əməkdaşların və tələbələrin konfranslarda, qlobal tələbə yarışmalarında, işçi qruplarda və ya xüsusi təşəbbüslərdə iştirakı; müəllimlərin nəşrləri üçün platformanın zənginləşdirilməsi, bütün dünyada öyrədilən, tədqiq edilən və tətbiq edilən sənət fənləri haqqında yeni ideyalarla tanış olmaq kimi imkanları yaradır.
Tehsil-press.az