
Müqavilənin məqsədi iki ali məktəb arasında təcrübə mübadiləsini və təhsil sahəsində əlaqələri genişləndirməkdir. Müqaviləni ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və Antalya AKEV Universitetinin rektoru Kamile Akgül imzalayıb.
Müqavilədə birgə tədqiqat layihələrində iştirak və onların nəticələrini dərc etmək, seminar, konfrans, müsabiqə və tələbələrin sərgilərinin, həmçinin gənc müəllimlərin təliminin təşkili, rəsm sənəti ilə bağlı mühazirələrin keçirilməsi üçün aparıcı professorların dəvət olunması, magistratura və doktorantura proqramları üzrə əməkdaşlıq və digər məsələlər nəzərdə tutulub.
Tehsil-press.az