Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Lənkəranda

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Lənkəranda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin bir qrup tələbəsi Lənkəranda səfərdə olub.
Universitetin rektoru professor Ceyran Mahmudova, prorektor Validə Məmmədova, Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müdiri Rəşad Cabbarov, müəllimlərdən Zöhrab Cabbarov, Asim Bayramov və dizayn kafedrasının əməkdaşı Şərqiyyə Əfəndizadənin iştirak etdiyi səfərin əsas məqsədi tələbələrin təbiət mənzərələrində etüdlərinin keçirilməsi olub.
Səfərdə rəngkarlıq və qrafika ixtisasının müxtəlif kurslarında təhsil alan tələbələri Fidan Hüseynova, Fidan Abidova, Miralsun Axundzadə, Elnur Şahverdiyev, Aytac Əliyeva, Aysun Hüseynzadə, Günel Şahmuradlı, Fərqanə Maksumova, Jalə Sadıqova, Minə Cabbarova, Ulduz Zeynalabdunova iştirak ediblər.
ADMİU-nun heyəti Xanbulan kəndində və çay plantasiyalarında olub, tələbələr təbiət qoynunda Lənkəranın müxtəlif mənzərələrində etüdlər işləyiblər.
Səfər çərçivəsində ADMİU-nun müəllim və tələbələri Lənkəran Dövlət Universitetində olub, rektor Natiq İbrahimovla görüşüblər. Onlar, həmçinin universitetin binası, aqronom ixtisası üzrə təhsil alan tələbələr üçün salınmış böyük bağ və təcrübə sahəsi ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər