Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanlarının nəticələrinə dair statistik məlumatları açıqlayıb.Təsviri incəsənət müəllimliyi, dizayn (sahələr üzrə) və dekorativ tətbiqi sənət ixtisasları üzrə 3 min 659 abituriyent qeydiyyatdan keçib. Bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında 2 min 423 nəfər iştirak edib. Qabiliyyət imtahanlarında 1582 nəfər müsbət qiymət alıb.
Qeyd edək ki, bu ixtisaslar üzrə qabiliyyət imtahanlarının nəticələri Bakı şəhərinə aiddir.
Tehsil-press.az







