
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər iki ölkə arasında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar.
“Qeyd edilib ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək”, - məlumatda deyilir.
Həmçinin Paşinyan və Ərdoğan iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
Tehsil-press.az