
Memarlıq üzrə ali təhsil müəssisələrinə qabiliyyət imtahanları avqustun 4-5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil ediləcək.
Qeyd edək ki, apellyasiya komissiyaları imtahandan sonrakı iş günündə imtahan keçirilən binada təşkil edilir. İstiqamətlər üzrə yalnız DİM-in saytındakı cədvəldə və binalarda vurulmuş elanda göstərilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.
Qabiliyyət imtahanlarının tarixi və yeri imtahana buraxılış vərəqəsində göstərilir.
Tehsil-press.az