Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə Memarlıq ixtisasına qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər (subbakalavrlar) buraxılış vərəqələrini Dövlət İmtahan Mərkəzinin saytından çap edə bilərlər.
Memarlıq ixtisasına qəbul üçün keçirilən müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.
Abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verməlidirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər (subbakalavrlar) məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanır.
Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı memarlıq ixtisası ilə yanaşı, I qrup üzrə digər ixtisasları da elektron ərizədə qeyd edə bilərlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2020-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1 ci nömrəsində verilib.

Tehsil-press.az

Oxşar xəbərlər