
Yarışların tarixi və açılış vaxtı bazar ertəsi günü təşkilat komitəsinin mətbuat xidməti tərəfindən dərc olunub.
İlk qızıl medallar iyulun 27-də oynanılacaq. İdmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, skeybordinq, üzgüçülük, suyatullanma, reqbi və atıcılıqda mübarizə aparacaqlar. Olimpiadanın sonuncu günü – avqustun 11-də güləş, yüngül atletika (marafon), basketbol, su polosu, trek velosiped idmanı, beşnövçülük və həndbol yarışları olacaq.
Paris Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bu arada idman tədbirinin devizi də məlum olub – “Gəlin Oyunları geniş açaq”.
Tehsil-press.az