
Tədris ilini qızıl və gümüş medallarla bitirən şagirdlərin 9-u azərbaycanlıdır. Onların 7-si qızıl, 2-si isə gümüş medallara sahib olublar.
Qardabani rayon Resurs Mərkəzində medallar sahiblərinə təqdim olunub.
Tədbirdə Qardabani Rayon İcra Hakimiyyətinin başçısı Ramaz Budaqaşvili çıxış edərək bildirib ki, rayon üzrə 33 məzun tədris ilini qızıl və gümüş medallarla bitirb. Onlardan 20 məzun qızıl, 13-ü isə gümüş medala layiq görülüb. Bu rayon üçün çox yaxşı göstəricidir. İcra başçısı Qardabanidə medal alan məzunların sayının ildən-ilə artmasının qürurverici olduğunu vurğulayıb və bu göstəriciyə görə müəllim və valideynlərə təşəkkür edib.
Xətayi Əzizov