Daha iki MAXE ordudan kənarlaşdırıldı

Daha iki MAXE ordudan kənarlaşdırıldı Müdafiə Nazirliyi sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçularla bağlı daha bir açıqlama yayıb.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-videogörüntüləri paylaşması aşkar edilib.
Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.
“Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir”, - deyə məlumatda qeyd olunub.

Tehsil-press.az




Oxşar xəbərlər