Türkiyədə qəzada ölənlərin sayı artdı - Video

Türkiyədə qəzada ölənlərin sayı artdı - Video Türkiyənin Mardin şəhərinin Derik rayonunda əyləci sıradan çıxan yük maşını iki avtomobilə çırpıldıqdan sonra insanların üstündən keçib.
İlkin məlumatlara görə hadisə nəticəsində 10 nəfərin həyatını itirdiyi, çox sayda insanın yaralandığı bildirilib.
Qəza yerinə polis, yanğınsöndürmə briqadası və 112 Təcili Tibbi Yardım qrupları sövq edilib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu qəza ilə bağlı tviter hesabında paylaşım edib.
“Mardin Derikdə eyni yerdə ard-arda iki yük maşını qəzası oldu. Bütün komandalarımız səfərbərdir. İlkin təsbitlərə görə 10 nəfər həlak olub. Yaralılarımız xəstəxanalara çatdırılır” , - paylaşımda qeyd olunub.
***
Türkiyənin səhiyyə naziri Fahrettin Koca qəzada 16 nəfərin həyatını itirdiyini, 8-i ağır olmaqla 29 nəfərin yaralandığını açıqlayıb. Ədliyyə naziri Bekir Bozdağ qəza ilə bağlı istintaq başladıldığını bildirib.
***
Qəzada aralarında uşaqların da olduğu ölənlərin sayı artaraq 20 nəfərə çatıb. Xəstəxanaya yerləşdirilən 26 nəfərdən 6-nın vəziyyəti isə ağırdır.



Tehsil-press.az


Oxşar xəbərlər