Aeroport yolundakı qəzada ölənlərin sayı 3-ə çatdı - 6 yaralı

Aeroport yolundakı qəzada ölənlərin sayı 3-ə çatdı - 6 yaralı Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.
Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
“Mercedes Vito”da olan 9 nəfərdən 2-si vəfat edib. Digərləri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.
***
Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib. 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Tehsil-press.az

Oxşar xəbərlər