Dəhşətli qəzada ölənlərin sayı 4-ə çatdı

Dəhşətli qəzada ölənlərin sayı 4-ə çatdı Quba-Xaçmaz yolunda baş verən dəhşətli qəzada ölənlərin sayı 4 nəfərə çatıb.
Qəza nəticəsində xəsarət alaraq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Ramin Əlfəddin oğlu Seydəhmədov orada dünyasını dəyişib.
Xalaoğlu olan Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu isə hadisə yerində dünyasını dəyişmişdi. 10-cu sinif şagirdi olan xalaoğlular repetitor yanına gedirmişlər.
Qəzada həlak olan 3-cü şəxs isə Xaçmaz sakini, 32 yaşlı Nahid Tanrıverdiyevdir.

Emin Kərimov

Oxşar xəbərlər