
Konfransda müasir çağırışlara cavab verən, mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən bir sıra problemlər, o cümlədən bitkilərdə fotosintez və məhsuldarlıq, biomüxtəlifliyin qorunması, bitki genofondu, seleksiya və kənd təsərrüfatında toxumçuluq, bitki mühafizəsi və s. kimi sahələri əhatə edən tədqiqatlar haqqında geniş məruzələr edilib və fikir mübadiləsi aparılıb. Dünyanın müxtəlif ölkələrindən 200-dən çox alim və mütəxəssisin iştirak etdiyi beynəlxalq elmi konfransda institutun əməkdaşları “Fotosintez və bitki məhsuldarlığının artırılması” bölməsində məruzələrlə çıxış ediblər. Məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırıb və institutlararası beynəlxalq əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Azərbaycanlı alimlərin araşdırmaları və əldə etdikləri nəticələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Konfransın sonunda eksperimental biologiyanın müxtəlif sahələrində elmin inkişafı və müxtəlif ölkələrin alimlərinin əməkdaşlığının daha da gücləndirilməsinə dair qətnamə qəbul edilib.
Tədbir çərçivəsində Azərbaycan alimləri Tacikistan Milli Elmlər Akademiyası Botanika, Fiziologiya və Bitki Genetikası İnstitutunun rəhbərliyi və aparıcı alimləri ilə görüşüb, gələcəkdə birgə elmi əməkdaşlıq və kadr hazırlığı istiqamətində görüləcək işlər ətrafında geniş müzakirələr aparıblar.
Tehsil-press.az