BDU-da “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda XI beynəlxalq elmi konfrans keçiriləcək

BDU-da “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda XI beynəlxalq elmi konfrans keçiriləcək Oktyabrın 13-14-də Bakı Dövlət Universitetində (BDU) “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda XI beynəlxalq elmi konfrans keçiriləcək.
Konfrans müasir biologiyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları bir araya gətirməklə əldə edilmiş ən mühüm nəticələri müzakirə etməyə, yeni prioritet istiqamətləri müəyyənləşdirməyə imkan yaradacaq, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasına, habelə elmi əlaqələrin genişləndirilməsinə xidmət edəcək.
On altı xarici ölkədən (Türkiyə, Fransa, İspaniya, Serbiya, Bolqarıstan, Pakistan, Hindistan, Belarus, İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstan) bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçiriləcək konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər