Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının əməkdaşları - professor Rövşən Xəlilov və dosent Aygün Nəsibova Moskva şəhərində keçirilən 28-ci “Riyaziyyat. Kompüter. Təhsil” adlı onlayn beynəlxalq konfransa qoşulublar.
Mürəkkəb sistemlərin biofizikası, hesablama və sistemli biologiya, molekulyar modelləşmə mövzuları üzrə mövcud tədqiqatlar çərçivəsində aparılan konfransda çıxış edən professor R.Xəlilovun “Radiasiyanın buğda (Triticum L.) və qarğıdalı (ZeaMays L.) bitkilərinə təsiri: EPR tədqiqatları” adlı məruzəsi maraqla qarşılanıb.
Konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının, Biologiyanın Fundamental Problemləri İnstitutunun direktoru Anatoli Tsıqankov, Nəzəri və Eksperimental Biofizika İnstitutunun professoru Henri İvanitski, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Qalina Rizniçenko və başqa alimlər də məruzə ilə çıxışlar ediblər.
Yanvarın 30–dək davam edəcək beynəlxalq konfrans fənlərarası xarakter daşıyır, həmçinin elmi və ali təhsil işçilərinin səylərini birləşdirməyə, Rusiya elm və təhsil ənənələrini qorumağa, riyazi modelləşdirmə və informasiya texnologiyaları sahəsindəki elmi-pedaqoji kadrların ixtisaslarını artırmağa, gənclərin elm və təhsilə cəlb edilməsinə yönəldilib.
Tehsil-press.az