İordaniya qəzetlərində XVIII əsr Azərbaycan ərəbşünası haqqında məqalə dərc edilib

İordaniya qəzetlərində XVIII əsr Azərbaycan ərəbşünası haqqında məqalə dərc edilib İordaniyanın “Nəbd Əl Balad”, “Əl Ənbat” və “Cohina” qəzetlərində rus mənşəli iordaniyalı jurnalist Yelena Neduqinanın XVIII əsr Azərbaycan ərəbşünası İbrahim Ərəşi Şəkəvi haqqında məqaləsi dərc olunub.
Ərəb dilində dərc etdiyi materiala istinadla hazırlanmış məqalədə indiki Yevlax rayonun Ərəş kəndindən olan İbrahim Ərəşi Şəkəvinin həmin dövrdə təkcə ərəb dilçiliyinin tədqiqinə deyil, həm də Azərbaycanda elmi fikrin inkişafına töhfə verdiyi qeyd olunub. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, bir çox alimlərin tədqiqat əsərlərində adı çəkilən bu alimin elmi irsi daha çox araşdırılmalıdır.
Müəllif məlumat verib ki, tarixi mənbələrdə ərəbşünas alimin sonradan Şəkiyə köçdüyü və məktəbdə ərəb dilini tədris etdiyi bildirilir. XIX əsrdə yaşamış tanınmış Azərbaycan alimi və xəttatı Əbdülqəni Əfəndi Xəlsa Qari ən-Nəxvi yazırdı ki, İbrahim Ərəşi Şəkəvi görkəmli alimdir, eyni zamanda, yüksək elmi statusa malik və ərəb dilini dərindən bilən ziyalıdır. O, XII əsr Misir alimi İbn əl-Həcibinkitabına və Əbdülqəni əl-Ərdəbilinin “Qrammatikaya dair nümunə” əsərinə şərhlərin müəllifidir.

Tehsil-press.az


Oxşar xəbərlər