
Hazırda ölkə sakinlərinin yalnız 22,7 faizi işləyir və tam həcmdə əməkhaqqı alır. Təxminən bir o qədər də ukraynalı (22,5 faiz) azaldılmış əməkhaqqı alaraq işləməyə davam edir. Eyni zamanda, 40 faizdən çox ukraynalı kompaniyaların fəaliyyətinin dayanması (19 faiz), vəzifələrinin ixtisara düşməsi (10,9 faiz), başqa regiona köçməsi (11 faiz) səbəbindən işsiz qalıb.
Sosioloji sorğu nəticəsində, həmçinin məlum olub ki, işləməkdə davam edənlərin təxminən yarısı (52 faizi) əməkhaqqının miqdarının qaneedici olmaması, kompaniyaların qeyri-stabilliyi, yaxud əmək şəraiti ilə əlaqədar yeni iş yeri axtarışındadır.
Tehsil-press.az