
Zonaya Bakının mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Artıq zonaya daxil olan küçələrdə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.
Məlumat üçün qeyd edək ki, 30 km/saat sürət limitli zonanın bır sıra üstünlükləri vardır:
1. Yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılması;
2. Yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərlərin azaldılması;
3. Hava keyfiyyətinin yüksəldilməsi;
4. Sosial mühitin inkişafı;
5. Səs kirliliyinin azaldılması;
6. Piyada hərəkətin, velosipedlərdən istifadənin stimullaşdırılması.
Tehsil-press.az