Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Xatırladaq ki, görüş Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasının iclası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində reallaşıb.