Görücü Vanqanın 2023-cü il üçün fəlakət proqnozu və Putinin nüvə açıqlaması: Doğru çıxacaqmı?

Görücü Vanqanın 2023-cü il üçün fəlakət proqnozu və Putinin nüvə açıqlaması: Doğru çıxacaqmı? “Balkanların Nostradamusu” adlandırılan Vanqa adlı bolqarıstanlı görücü 2023-cü il üçün beş proqnoz verib
Vanqanın Çernobıl nüvə fəlakəti, şahzadə Diananın ölümü, Sovet İttifaqının dağılması, 11 sentyabr hücumları, “Brexit” (Britaniyanın Avropa İttifaqından çıxışı) və bir çox proqnozlarının 85 faiz doğru çıxdığı iddia edilir.
Vanqanın ölümündən əvvəl verdiyi 2023-cü il proqnozları da qorxu doğurur.
Qadının öncəgörmələrinə görə, 2023-də ildə dünyanın orbiti dəyişəcək. Bu dəyişiklik isə dağıdıcı nəticələrə səbəb ola bilər.
Vanqa həmçinin “böyük bir ölkə”nin insanlar üzərində bioloji silah araşdırmaları aparacağını deyib və bunun minlərlə insanın ölümü ilə nəticələnəcəyini qeyd edib. Lakin Birləşmiş Millətlər Təşkilatının Bioloji Silahlar Konvensiyası belə təcrübələri qadağan edir.
Bolqarıstanlı görücünün başqa bir proqnozu ondan ibarətdir ki, Yer planetində indiyədək heç vaxt görünməmiş miqyasda nəhəng Günəş fırtınası olacaq.
Günəş fırtınası səbəbilə Yer kürəsində elektrik və internet sistemləri zədələnə bilər. Həmçinin kosmosdakı stansiyalar, peyklər və astronavtlar da Günəş fırtınasından təsirlənə bilər. Bəzi ekspertlər bildirirlər ki, bu böyüklükdə partlayışlar dünyanı qaranlıq dövrlərə qaytara bilər.
Vanqanın 2023-cü il üçün son iddialarından biri də təbii insan doğuşlarının sona çatmasıdır. Onun sözlərinə görə, buna uyğun olaraq, hökumət liderləri insanlara bütün həyatlarını laboratoriyada keçirmələri üçün çağırış edəcəklər. Valideynlər uşaqlarının görünüşünü, saç və göz rəngi kimi xüsusiyyətlərini seçə biləcəklər.
Ən nəhayət, Vanqanın qorxu yaradan proqnozlarından biri 2023-cü ildə nüvə partlayışı ilə bağlıdır. İddia edilir ki, görücü atom elektrik stansiyasında potensial partlayışla bağlı xəbərdarlıq edib. Bu qorxunc proqnoz Çernobıl fəlakətinin ardınca verilib.
Bu isə xüsusilə Rusiya və Ukrayna müharibəsinin indiki dövründə qorxu yaradır.
Belə ki, Rusiya Prezidenti Vladimir Putinin hər cür silahdan istifadə edə biləcəkləri haqda bəyanatından sonra dünyada nüvə müharibəsi qorxusu artıb.

Tehsil-press.az



Oxşar xəbərlər