Təcrübə prorqamını uğurla başa vuran ADNSU tələbələrinə sertifikat verilib

Təcrübə prorqamını uğurla başa vuran ADNSU tələbələrinə sertifikat verilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 6 tələbəsi “Azərbaycan İnterneşnl Mayninq Kompani Limited” (AİMK) şirkətində üç həftəlik yay təcrübə proqramını başa çatdırıb.
İki qrupdan ibarət olan tələbələrin AİMK tərəfindən keçirilən yay təcrübə proqramında universitetin Neft-mexanika fakültəsinin 4 tələbəsi, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin 2 tələbəsi iştirak edib.
Sonda proqramı uğurla başa vuran 6 nəfər ADNSU tələbəsinə şirkət tərəfindən sertifikat verilib.
Təqdimat mərasimində ADNSU-nun tədris işləri üzrə prorektoru dosent Qasım Məmmədov, AİMK-nin İnsan resurslarının idarə edilməsi və inzibati işlər üzrə mütəxəssisi Cümşüd Cahangirov, Neft-mexanika fakültəsinin dekanı dosent Əli Hikmət Əhmədov, həmin fakültənin elmi işlər üzrə dekan müavini dosent Tahir Süleymanov tələbələrin təcrübə müddətindəki fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tehsil-press.az




Oxşar xəbərlər