ADNSU-da Elmi şuranın iclası keçirilib

ADNSU-da Elmi şuranın iclası keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın növbəti iclası keçirilib.
İclasda universitetin rektoru professor Mustafa Babanlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Rektor, həmçinin “Horizon 2020” proqramında iştirak haqqında məlumat verib və ADNSU-nun bu beynəlxalq proqramda təmsil olunmasının əhəmiyyətini vurğulayıb.
M.Babanlı universitetin Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının AMEA-nın Geologiya və Geofizika İnstitutunda filialının yaradılması barədə məlumat verib.
İclasda ADNSU-nun tədris işləri üzrə prorektoru dosent Qasım Məmmədov, Magistratura bölməsinin dekanı dosent Aida Şahməmmədova, Energetika fakültəsinin dekanı dosent Aydın Əliyev, Doktorantura şöbəsinin müdiri dosent Zülfüqar İbrahimli çıxış ediblər.
Sonra müzakirələr aparılıb.
Rektor M.Babanlı qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.

Tehsil-press.az


Oxşar xəbərlər