Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Şəhidlər ölməzdir...” mövzusunda tədbir keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Şəhidlər ölməzdir...” mövzusunda tədbir keçirilib Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Şəhidlər ölməzdir...” mövzusunda tədbir keçirilib.
İnstitut əməkdaşlarının, Vətən müharibəsi qazilərinin, gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən institutun baş direktoru akademik Dilqəm Tağıyev Vətən müharibəsində qəhrəmanlıqlar göstərmiş şəhidlərimiz və qazilərimizlə xalqımızın qürur duyduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, 2020-ci il 27 sentyabr günü müasir Azərbaycanın tarixində silinməz iz qoydu. Həmin gün başlanan Vətən müharibəsində Azərbaycanın igid övladları təxribatlar törədən düşmənə qarşı əks-hücuma keçərək, onlara sarsıdıcı zərbələr vurdu, işğal altında olan torpaqlarımız azad edildi. Xalqımız öz iradəsini, vətənpərvərliyini dünyaya göstərdi. Erməni vandallarının torpaqlarımıza uzanan əlləri kəsildi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Böyük Zəfər tariximizin qəhrəmanlıq səhifəsinə yazıldı. Rəhbər, ordu və xalq birliyi Vətən müharibəsində Qələbəni təmin edən ən başlıca amil oldu.
Vətən müharibəsi qaziləri Elnur Məmmədov, Pərvin Həbibli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədr müavinləri Zakif Abbasov və Qorxmaz Nəsirov 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin şücaətlərindən, eləcə də dövlətin şəhid ailələrinə və qazilərə qayğısından bəhs ediblər.
Sonra çıxış edən professor Arif Əfəndi, gənc alim Günel Əzimova və başqaları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü ilə qazanılmış Böyük Qələbənin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə iştirak edən qazilərə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən təşəkkürnamələr təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər