
Bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, müqavilələr Ukraynanın “referendum” keçirilən 4 vilayəti ilə imzalanacaq.
Mərasim zamanı Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı gözlənilir.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.
Tehsil-press.az