Dillər Universiteti VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

Dillər Universiteti VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək Azərbaycan Dillər Universiteti (ADU) oktyabrın 5-dən 9-dək Bakı Ekspo Mərkəzində keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.
Sərgidə universitetin professor-müəllim heyətinin yaradıcılığı əks olunacaq. Müasir akademik və elmi kitabxana konsepti bazasında təşkil edilən sərgidə ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi 130 nüsxədən ibarət çap kitab kolleksiyası nümayiş etdirəcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədlərindən biri akademik kitabxanaların müsbət imicini formalaşdırmaqla kitab anlayışı və oxucu istifadəsi üzrə məlumatlılığı artırmaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər