Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafatlara layiq görülüb

Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafatlara layiq görülüb Beynəlxalq Çin Dili Təhsili Fondu Pekində Konfutsi İnstitutları Gününə həsr olunan bayram tədbiri keçirib.
Dünyanın müxtəlif ölkələrindən Konfutsi institutlarının nümayəndələrinin iştirak etdiyi onlayn tədbirdə Beynəlxalq Çin Dili Təhsili Fondunun sədri, Çin Elmlər Akademiyasının akademiki Yanq Vey əsas məruzə ilə çıxış edib.
Tədbirdə Konfutsi İnstitutunda 10 ildən artıq çalışmış 25 çinli, o cümlədən Konfutsi institutlarının əcnəbi direktorları xidmətlərinə görə “Konfutsi İnstitutu direktorunun xatirə medalları” ilə təltif ediliblər.
Qeyd olunub ki, Çin tərəfindən ADU-nun Konfutsi İnstitutunun direktoru Li Jihua uzunmüddətli səmərəli fəaliyyətinə görə daha əvvəl Luqansk Milli Universitetinin xatirə medalı ilə təltif edilib. ADU-nun Konfutsi İnstitutu 2021-2022-ci illərdə Çin dili və mədəniyyətinin tədrisi sahəsində fəaliyyətinə görə “Ən yaxşı Konfutsi İnstitutu” adına layiq görülüb.
Qeyd edək ki, Beynəlxalq Çin Dili Təhsili Fondu Beynəlxalq Çin Dili Şurasının katibliyi əsasında yaradılmış rəsmi xeyriyyə təşkilatıdır. Fond dünya üzrə Konfutsi institutlarına dəstək verir, həmçinin xaricdə Çin dilinin öyrənilməsi sahəsində digər ölkələrlə təhsil mübadiləsi və əməkdaşlığın genişləndirilməsi ilə məşğul olur.

Tehsil-press.az


Oxşar xəbərlər