Moldova və Azərbaycan kənd təsərrüfatı sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir - Baş nazir

Moldova və Azərbaycan kənd təsərrüfatı sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir - Baş nazir Moldova və Azərbaycan kənd təsərrüfatı sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bunu Moldovanın baş naziri Natalya Qavrilitsa deyib.
Onun sözlərinə görə, Moldova hazırda təkcə enerji ehtiyatlarının deyil, həm də gübrə tədarükünün şaxələndirilməsi mərhələsindədir.
"Bizim bu baxımdan əməkdaşlığımız məhsuldardır. Biz artıq Azərbaycandan gübrə idxal edirik", - deyə o bildirib.
Baş nazir qeyd edib ki, Moldova həmçinin Azərbaycanla nəqliyyat əməliyyatlarının artırılması baxımından da müsbət addımlar atır.
"Həm Azərbaycandan, həm də Moldovadan olan və logistikada mövcud problemlərlə üzləşən iş adamları əməliyyatların artmasında böyük fayda əldə edə bilər", - N.Qavrilitsa deyib.

Tehsil-press.az

Oxşar xəbərlər