BDU tələbələri sahilyanı ərazidə təmizlik aksiyasında iştirak ediblər

BDU tələbələri sahilyanı ərazidə təmizlik aksiyasında iştirak ediblər Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə sahilyanı ərazidə növbəti təmizlik aksiyasında iştirak ediblər.
Təmizlik aksiyası Xəzər dənizinin Hövsan sahillərində keçirilib. Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gənclər arasında ekoloji maarifləndirməni artırmaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər