BDU-nun kollektivi ağacəkmə aksiyasında

BDU-nun kollektivi ağacəkmə aksiyasında Bakı Dövlət Universitetinin (BDU) kollektivi IDEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasında iştirak edib.
Tədbir zamanı iştirakçılar tərəfindən Bakının Müşfiqabad qəsəbəsində 1000-dən çox ağac əkilib.
Ağacəkmə aksiyasında ETSN yanında İctimai Şuranın nümayəndələri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Bakı Modern Təhsil Kompleksi və Sumqayıt şəhərindəki N.Tusi adına 12 nömrəli məktəbin müəllim, tələbə və şagirdləri iştirak ediblər.
Qeyd edək ki, ağacəkmə aksiyası 22 aprel – Beynəlxalq Yer Kürəsi Gününə həsr olunub.

Tehsil-press.az


Oxşar xəbərlər