BDU: Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

BDU: Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-nun Tələbə şəhərciyinin ərazisində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Vətən müharibəsinin iştirakçısı olmuş qazilər və zabitlər, şəhid valideynləri, Yasamal Rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrinin nümayəndələri, Bakı Dövlət Universitetinin rəhbərliyi və tələbələri iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər