“Clarivate Analytics” şirkəti AzMİU müəllimləri üçün növbəti vebinar keçirib

“Clarivate Analytics” şirkəti AzMİU müəllimləri üçün növbəti vebinar keçirib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün “Publons” platformasında “Azərbaycanlı alimlər üçün rəyvermə fəaliyyətinin vacibliyi və metodları” adlı vebinar keçirilib. Vebinarda AzMİU-nun 70-ə yaxın əməkdaşı iştirak edib.
Vebinarın aparıcısı “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakayeva mövzunun müasir zamanda aktuallığını xüsusi qeyd edib. O, “Publons” platforması haqqında geniş məlumat verib, platformada düzgün axtarış və doğru nəticələrin əldə edilməsi ilə bağlı bilgiləri iştirakçıların nəzərinə çatdırıb. Eyni zamanda, ekspert rəylərinin nümunələri, birgə rəyin yazılması, potensial rəyçi kimi jurnalların redaktorları ilə yaxından əlaqə qurmaq və s. haqqında danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər