AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu əlaqələrini genişləndirir

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu əlaqələrini genişləndirir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai və Aqrokimya şöbəsinin müdiri İmrəli Hacıməmmədovla keçirilən görüşün məqsədi ikitərəfli əməkdaşlıq çərçivəsində bağlanmış müqaviləyə əsasən aparılan tədqiqat işləri ilə tanışlıq və işlərin icrasında yaranmış problemlərin aradan qaldırılması məsələlərinin müzakirəsi olub.
Görüş zamanı birgə tədqiqatların aparılması sahəsində fəaliyyətin genişləndirilməsi qərara alınıb.
Daha sonra institutun şöbə və laboratoriyalarında aparılan aqrokimyəvi analitik işlərə və yeni avadanlıqlara baxış keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər