ADNSU tələbələri mühazirə dərslərini istehsalat müəssisəsində keçiblər

ADNSU tələbələri mühazirə dərslərini istehsalat müəssisəsində keçiblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin əyani şöbəsinin bakalavriat səviyyəsində Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrinə mühazirə dərsləri sillabusa uyğun olaraq “Abşeron şərab” ASC-də keçirilib.
Müəssisədə mühazirə dərsləri Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının əməkdaşları tərəfindən Qida məhsullarının keyfiyyətinə texniki- kimyəvi nəzarət (müəllim Şahin Göyüşov), Qida biotexnologiyası (müəllim Təranə Ağayeva), Qida sənayesində texnoloji əməliyyatlar, Çörək, makaron, unlu qənnadı məmulatların texnologiyası (dosent Zaur Ağamalıyev) fənləri üzrə keçirilib.
“Abşeron Şərab” ASC Azərbaycanda şərabçılığın inkişafına öz töhfəsini verir və istehsal olunan məhsullar dünya bazarına çıxarılır.
Görüş zamanı müəssisənin baş texnoloqu Tural Əfəndiyev tələbələrə zavodun iş prinsipi, istehsal texnologiyası və alınan məhsullar haqqında geniş məlumat verib. Müəssisədə istehsal sahəsində qurğu və avadanlıqların işləmə prinsipləri ilə tanışlıqdan sonra tələbələrin istehsalat və günlük təcrübələrinin aparılması məsələlərinə baxılıb.

Tehsil-press.az



Oxşar xəbərlər