Şou Əlaqə Axtar Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırdır

Şou Əlaqə                  Axtar Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırdır Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.
Bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bakı İdman Sarayında təşkil olunacaq yarışın yekununda ilk 3 yeri tutacaq komandalara medallar təqdim ediləcək. Artıq Dünya Kuboku üçün sifariş edilmiş medallar hazırdır. Qızıl, gümüş və bürünc medalların ön tərəfində yarışın loqosu (loqonun fonunda Bakının rəmzlərindən sayılan Qız Qalası əks olunub) həkk edilib. Medalın digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu əksini tapıb. Medalların yaşıl rəngli lenti də Dünya Kubokuna özəl olaraq işlənilib.
Xatırladaq ki, 6 komanda A (Türkiyə, İran, Qırğızıstan) və B (Azərbaycan, Serbiya, Dünya yığması) qrupunda yer alıb. Qrupların ikinciləri bürünc medal uğrunda mübarizə aparacaq. Qrupların qalibləri isə finalda kubok və qızıl medal uğrunda güləşəcək.

Tehsil-press.az

Oxşar xəbərlər