ADPU-da konfrans: Gənclər zərərli vərdişlərə yox deyir

ADPU-da konfrans: Gənclər zərərli vərdişlərə yox deyir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsində “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hisslərini gücləndirmək” layihəsi çərçivəsində müəllim və tələbələrin iştirakı ilə “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda konfrans keçirilib.
Tədbir Gənc Vətənpərvərlər İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.
Konfransda ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva, Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov, layihə rəhbəri Muğan Əliyev, mütəxəssis Pərvanə Əzimova və daxili işlər orqanlarının nümayəndələri narkotik və psixotrop vasitələrin zərərləri və onlara qarşı mübarizədə ictimai birliyin və ayıqlığın önəmi ilə bağlı ətraflı məlumat veriblər.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara maarifləndirici materiallar təqdim olunub, fəal iştirakçılara sertifikat verilib.

Tehsil-press.az



Oxşar xəbərlər