Azərbaycan Universitetində “Asılı olma, azad ol” adlı konfrans keçirilib

Azərbaycan Universitetində “Asılı olma, azad ol” adlı konfrans keçirilib Azərbaycan Universiteti, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyi, TİKA Bakı Proqram Koordinatorluğu və Müasir Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Asılı olma, azad ol” adlı konfrans keçirilib.
Zərərli vərdişlər haqqında karikatura sərgisi, sahə üzrə mütəxəssislərin Azərbaycan Universitetinin professor-müəllim heyəti ilə görüşü və tələbələr üçün seminar olmaqla üç hissədən ibarət olan tədbir tələbələrin maarifləndirilməsi, pis vərdişlərə olan aludəçiliyin qarşısının alınmasına xidmət etmək məqsədi ilə təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Universitetinin sərgi zonasında açılan zərərli vərdişlərə həsr olunmuş karikatura sərgisi ilə tanış olublar.
Sərgidə zərərli vərdişlərin müxtəlif növləri və fəsadlarına həsr olunmuş 30-dan artıq əsər sərgilənir. Sahə üzrə mütəxəssislərin Azərbaycan Universitetinin professor-müəllim heyəti ilə görüşündə zərərli vərdişlərin hər bir cəmiyyət üçün dərin sosial problem olduğu, yeniyetmə və gənclər arasından zərərli vərdişlərin yayılması, yaratdığı təhlükələr və qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb, Türkiyə və Azərbaycandakı vəziyyət haqqında fikir mübadiləsi aparılıb.
Tədbirin seminar hissəsində isə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, qonaqlar, media nümayəndələri, professor-müəllim heyəti və 120-yə yaxın tələbə iştirak edib. Seminarda Ümumdünya Səhiyyə Təşkilatı İstanbul ofisinin əməkdaşı, professor Toker Ergüderin “Tütün aludəçiliyi”, Türkiyənin Ege universitetinin professoru Hakan Coşkunolun “Narkotik maddə asılılığı”, “Müasir Psixologiya Mərkəzinin direktoru Aidə Nəbiyevanın “Asılılıq psixologiyası” mövzusunda məruzələri dinlənilib. Məruzələr zərərli vərdişlərə səbəb olan risk faktorları, asılı vəziyyətə düşmənin səbəbləri, zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlar, cəmiyyətə neqativ təsirləri və mübarizə yolları kimi mövzuları əhatə edib.

Mətbuat Xidməti


Azərbaycan Universitetində “Asılı olma, azad ol” adlı konfrans keçirilib

Azərbaycan Universitetində “Asılı olma, azad ol” adlı konfrans keçirilib

Azərbaycan Universitetində “Asılı olma, azad ol” adlı konfrans keçirilib

Oxşar xəbərlər