
Tədbirdə narkomaniyanın həyat üçün təhlükəsindən, zərərlərindən və ona qarşı mübarizə metodlarından bəhs olunub. Bildirilib ki, hazırda Azərbaycanda 32-34 min nəfər qeydiyyatda olan narkotik istifadəçisi var. Ona görə də yeniyetmə və gəncləri zamanında pis vərdişlərdən qorumaq, onların sağlam və bilikli böyüməsini təmin etmək hər birimizin borcudur.
Vurğulanıb ki, ADNSU-da tələbələrə elm, bilik öyrədib milli vətənpərvərlik hislərinin aşılanması ilə yanaşı, gənclərin sağlamlığına xüsusi önəm verilir.
Videokonfransda ADNSU-nun professor-müəllim heyəti, Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Pərvin Abbasova, ADNSU-nun 2 saylı tələbə poliklinikasının baş həkimi Xuraman Kazımova və gənclər iştirak ediblər.
Tehsil-press.az